Əsir və itkin düşmüş azərbaycanlılara dair Los-Ancelesdə film hazırlanıb

Avqustun 30-da Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, konsulluq əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlılara dair ingilis dilində qısa film hazırlayıb.

Filmdə əsir və girov götürülən azərbaycanlıların dəhşətli işgəncələrə məruz qaldıqları bildirilərək, işğal dövründə bir çox azərbaycanlıların saxlanıldığı Şuşa həbsxanasının tükürpədici şəkilləri göstərilir.

Azərbaycanın 2020-ci ildə öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad etdikdən sonra Kəlbəcərdə 1993-cü ildə ermənilər tərəfindən qətlə yetirilmiş mülki azərbaycalıların kütləvi məzarlığının aşkar edilməsinə diqqət çəkilərək, digər öldürülmüş əsir və girovların qalıqlarının axtarışının davam etdirildiyi qeyd olunur.

Sonda itkin düşmüş 4 minə yaxın mülki vətəndaşımızın və hərbiçimizin taleyi haqda Ermənistanın hər hansı məlumat verməkdən imtina etməsi diqqətə çatdırılır.

2019-cu ildən başlayaraq, Los Ancelesdəki Baş Konsulluğumuz Azərbaycana dair müxtəlif mövzularda 26 film hazırlayaraq geniş şəkildə yayıb. Filmlərin bir çoxu dünyanın digər aparıcı dillərinə də tərcümə olunub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Əsir və itkin düşmüş azərbaycanlılara dair Los-Ancelesdə film hazırlanıb”

Tövsiyə xəbərlər