Şirvan şəhəri ilə Bakı arasında elektrik qatarları istifadəyə veriləcək. Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Bu barədə 17 mart tarixində APA məlumat verib.
Sənəddə qeyd edilib ki, bu istiqamətdə tələb olunan elektrik qatarlarının və vaqonların alınmasına dair bənd Nazirlər Kabinetinin 2022-ci il 9 dekabr sərəncamı ilə təsdiq edilmiş Tədbirlər planında nəzərdə tutulub.