TÖVSİYƏ XƏBƏRLƏR

Şirvan Milli Parkında ölkəyə göndərilmiş narkotiki qəbul edən şəxslər saxlanılıblar

Narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısının alınması üçün növbəti əməliyyat həyata keçirilib. Bu barədə 11 sentyabr tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Su Nəqliyyatında Polis İdarəsinə xidməti ərazi olan Şirvan Milli Parkında naməlum şəxslərin ölkəyə satış məqsədi ilə göndərilən narkotikləri qəbul edəcəkləri barədə məlumat daxil olub.

Qeyd edilən əraziyə yaxınlaşan naməlum şəxslər narkotik vasitələri əldə edib uzaqlaşmaq istəyən zaman su polisləri tərəfindən saxlanıblar.

Onların əvvəllər məhkum olunmuş Akif Şahbazov, Bəhram Səlimov, Elnur İmanov və Həsənqulu Axundov olduqları müəyyən edilib. Sonuncunun idarə etdiyi avtomobilin yük yerindən 10 kiloqrama yaxın, o cümlədən 5 kiloqram 93 qram tiryək, 4 kiloqram 625 qram marixuana və 5 min ədəd psixotrop tərkibli “Metadon” həbi aşkar edilib. Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx