TÖVSİYƏ XƏBƏRLƏR

Şirvanda 60 yaşlı kişi öldürülüb

Şirvanda 60 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib. Bu barədə İnsanoid bu gün, 5 sentyabr tarixində APA-ya istinadən xəbər verir.

Hadisə Şirvan şəhərinin Çılpaqlı qəsəbəsində baş verib. 60 yaşlı Şirvan sakini Yavər Bağırov mübahisə zəminində boğazından bıçaqlanıb.

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, bir neçə dəqiqədən sonra orada ölüb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 50 yaşlı Şirvan şəhər sakini Elşən İslamov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx