Şirvan sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə İnsanoid bu gün, 5 sentyabr tarixində Baş Prokurorluğa istinadən xəbər verir.
Sentyabrın 4-də 60 yaşlı Şirvan şəhər sakini Yavər Bağırovun yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 51 yaşlı Elşən İslamovun aralarında yaranmış mübahisə zamanı tanışı Yavər Bağırova bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb, Elşən İslamov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.