TÖVSİYƏ XƏBƏRLƏR

Şirvanda avtomat və tüfənglər tapılıb

Şirvan şəhər ərazisində müxtəlif növ silah-sursat tapılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 18 noyabr tarixində xəbər verir.

Şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan 1 ədəd “AKS-U” markalı avtomat, 2 ədəd daraq və 60 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 5 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil verib.

Faktlarla bağlı araşdırmalar aparılır.