TÖVSİYƏ XƏBƏRLƏR

Şirvanda narkotacir qadın saxlanılıb

Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 7 fevral tarixində xəbər verir.

Saxlanılaraq polis şöbəsinə gətirilən Elnarə Həsənzadənin üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə narkotik vasitə olan heroin və psixotrop maddə – metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx