Şirvan şəhər sakininin evindən 1 kiloqram heroin aşkarlanıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 12 yanvar tarixində xəbər verir.
ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Mehman Abbasov saxlanılıb. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan heroin aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq, saxlanılan şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı isə oradan təmiz çəkisi 1 kiloqram 15 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.