Şirvan polisi qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirləri davam etdirir. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 21 noyabr tarixində xəbər verir.
Şəhər sakinləri arasında aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq, ötən gün ərzində 19 sakin müvafiq sənədləri olmadan saxladıqları ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.