Şirvanda şəhər sakini narkotikə görə saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 18 yanvar tarixində xəbər verir.
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini H.Yəhyayevdən 4 qramdan artıq, yaşadığı evə baxış zamanı isə əlavə 1 kiloqram 220 qram heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.