top
Dövlət Departamenti Səudiyyə Ərəbistanına 9 milyard dollarlıq Patriot raketlərinin satışını təsdiqləyib
30 yanvar 2026, 21:58
- +

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 9 milyard dollarlıq "Patriot" raketlərinin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 9 milyard dollar dəyərində "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin mümkün satışını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Pentaqonun hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı hakimiyyəti ABŞ-dən 730 ədəd "PAC-3 MSE" idarəolunan zenit raketi və müvafiq avadanlıqların alınması imkanını sorğu edib. Sövdələşmə Dövlət Departamenti tərəfindən bəyənilib və müvafiq bildiriş ABŞ Konqresinə təqdim olunub.

Bəyanatda qeyd olunur ki, raketlərin Səudiyyə Ərəbistanına satışı ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik sahəsindəki məqsədlərinə cavab verir. Sənəddə ifadə olunan mövqeyə görə, Ər-Riyada silah satışı regiondakı qüvvələr balansını dəyişməyəcək. Pentaqon hesab edir ki, bu sövdələşmə ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına mənfi təsir göstərməyəcək.

Xatırladaq ki, bundan əvvəl Dövlət Departamenti üç müqavilə üzrə İsrailə 6,52 milyard dollar dəyərində potensial hərbi tədarükü təsdiqləyib.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Bütün Xəbərlər
Dünən, 14:11

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:41

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 12:49

Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 10:08

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Hərbi
Dünən, 09:34

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət
04 aprel 2026, 05:53

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib

Siyasət
04 aprel 2026, 01:19

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Cəmiyyət
03 aprel 2026, 22:57

Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
03 aprel 2026, 22:47

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Siyasət
03 aprel 2026, 22:44

Prezident İlham Əliyev: "Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik"

Siyasət
03 aprel 2026, 22:42

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Cəmiyyət
03 aprel 2026, 07:09

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Siyasət
03 aprel 2026, 06:00

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib

Cəmiyyət
03 aprel 2026, 05:25

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Cəmiyyət
03 aprel 2026, 04:45

Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılıb

Cəmiyyət
03 aprel 2026, 04:28

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

Nəqliyyat
03 aprel 2026, 00:45

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Cəmiyyət
02 aprel 2026, 23:25

Mart ayında 91 nəfər zəhərlənib

İdman
02 aprel 2026, 06:41

“Azərbaycanda oynasam, babam sevincindən uçar” - Roman Kərimovun MÜSAHİBƏSİ - FOTO

Cəmiyyət
02 aprel 2026, 04:10

MİDA-da rəhbər vəzifəyə təyinat olub

Hava
02 aprel 2026, 01:46

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
02 aprel 2026, 01:40

Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Siyasət
02 aprel 2026, 01:17

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Oxşar xəbərlər