Sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin həbsi ilə bağlı mövqeyini açıqlayıb.
Məmmədyarov bildirib ki, hadisəyə etik baxımdan şərh vermək istəmir, çünki istintaq davam edir:
“Birincisi, etik baxımdan bu hadisəni şərh etmək niyyətində deyiləm. İstintaq gedir, görək, hansı nəticə çıxacaq.”
O əlavə edib ki, Ramiz Mehdiyev Administrasiyanı tərk etdikdən sonra onunla nə görüşüb, nə də danışıb:
“Nə onun səsini eşitmişəm, nə də o mənim səsimi eşidib. Ona görə də hər hansı şərh vermək istəmirəm".
Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274, 278 və 193-1-ci maddələri ilə — dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ittihamları ilə ev dustaqlığına məhkum edilib.