9 fevral tarixində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə ABŞ Vitse-prezidenti Cey D. Vens arasında birgə açıqlamalar və sual-cavab sessiyası zamanı Vensın nitqinin tərcüməsi ABŞ tərəfinin tərcüməçisi tərəfindən həyata keçirilib.
Bu açıqlama barədə “Armenpress”ə məlumatı Ermənistan Baş Nazirinin Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsi verib.
"ABŞ vitse-prezidentinin çıxışının tərcüməsi qəbul edən tərəfin tərcüməçisi tərəfindən həyata keçirilib. Eyni zamanda hökumət Baş nazir və vitse-prezidentin açıqlamalarının, həmçinin sual-cavab sessiyasının tərcüməsini və stenogramını yayımlayıb", - deyə İdarədən bildirilib.
Xatırladaq ki, Vensın Ermənistana modul reaktorların tədarükü ilə bağlı açıqlamaları əvvəlcə düzgün tərcümə edilməyib və belə bir təəssürat yaranıb ki, ABŞ Vitse-prezidenti 9 milyard dollarlıq investisiya barədə danışır. Əslində isə söhbət 9 milyard dollarlıq satışdan gedirdi: ilkin mərhələdə 5 milyardlıq avadanlıq, qalan 4 milyard isə reaktorların yanacaq tədarükü və xidmət müqavilələrini əhatə edir (uzunmüddətli perspektivdə).