Dekabrın 26-dan etibarən "Google Play" proqramlar mağazası Rusiya Federasiyasında vəsait çıxarmaq üçün bank hesabları açılmış rus proqram tərtibatçılarına xidmət göstərməyi dayandıracaq.
Bu barədə TASS məlumat "Habr" portalına istinadən məlumat verir.
"25 dekabr 2024-cü il tarixindən (23:59 PST) sonra siz artıq dünya üzrə satışlardan gəlir əldə etməyəcəksiniz. 15 yanvar 2025-ci il tarixində Google Play-də bütün əməliyyatlar üçün yekun ödənişləri alacaqsınız"-, deyə xəbərdarlıqda bildirilir", - deyə bildirişdə qeyd olunub. Bildirişdə əlavə olunub ki, 26 dekabrdan etibarən tətbiq mağazasında monetizasiya onlar üçün mümkün olmayacaq.
Google-un göndərdiyi məktuba əsasən, bu tarixdən sonra istifadəçilərin Rusiyalı inkişaf etdiricilərin pullu tətbiqlərini almaq cəhdləri rədd ediləcək. Bu məhdudiyyət həmçinin tətbiqdaxili alışlar və abunəliklərin uzadılması ("Google Play ödənişləri" vasitəsilə) üçün də keçərlidir.
"Əgər gəlir hesabınız Rusiyada açılıbsa, 2025-ci il yanvarın 15-də yekun ödənişdən sonra sizə daha heç bir vəsait köçürülməyəcək", - deyə bildirişdə vurğulanıb.