Ukrayna Trampın inauqurasiyasından əvvəl ABŞ-dan hərbi yardım və 20 milyard dollar kredit alacaq.
"The Guardian" xəbər verir ki, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ilə Vaşinqtonda keçirilən görüşdə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Kiyev 2025-ci ilin yanvarında Donald Trampın inauqurasiyasına qədər ABŞ-dan əlavə yardım paketi alacaq.