Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
İnsanoid.com xəbər verir ki, Kremlin mətbuat xidmətinə əsasən, tərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafı, eləcə də energetika və nəqliyyat-logistika sahələrində birgə layihələrin reallaşdırılması məsələlərini müzakirə ediblər.
Bundan əlavə, liderlər regional əməkdaşlığın bir sıra aspektlərinə və beynəlxalq vəziyyətə dair fikir mübadiləsi aparıblar.
Tərəflər əlaqələrin müxtəlif səviyyələrdə davam etdirilməsi barədə razılığa gəliblər.