TÖVSİYƏ XƏBƏRLƏR

Siyəzəndə narkotik satan qardaşlar saxlanılıblar

Siyəzən rayonunda narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Musa və Seymur Paşayev qardaşları saxlanılıblar. Bu barədə 23 fevral tarixində APA məlumat verib.

Həmin şəxslərdən narkotik vasitə olan marixuana, heroin, 1 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri İlham Dadaşov və Vaqif Əliyev saxlanılıblar. Həmin şəxslərdən külli miqdarda narkotik vasitə olan heroin, 30 ədəd metadon həbi və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində həbs qətimkan tədbiri seçilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx