TÖVSİYƏ XƏBƏRLƏR

Siyəzəndə top mərmisi, Bakıda qumbara başlığı tapılıb

Siyəzəndə top mərmisi, Bakıda qumbara başlığı tapılıb. Bu barədə 30 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Top mərmisi Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisində aşkar olunub. Aşkar edilmiş sursatın 1 ədəd döyüş başlıqlı 73 mm-lik top mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Bundan əlavə, Bakı şəhərinin Xətai rayonu ərazisində aşkar edilən 1 ədəd “UZRQM-2” tipli əl qumbarası zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx