TÖVSİYƏ XƏBƏRLƏR

Smart-kart tipli sayğaclar istismardan yığışdırılır

Smart-kart tipli sayğaclar istehsalatdan çıxacaq. Bu barədə 14 yanvar tarixində Oxu.az Azəriqaz İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevin sözlərinə istinadən məlumat verib.

Onun sözlərinə görə, bütün dünyada smart-kart tipli sayğaclar artıq istehsalatdan çıxır və sözügedən müəssisə artıq bu sayğacların alınmasını qismən dayandırıb.

“Növbəti ildə 60 minə yaxın belə sayğacların alınmasını həyata keçirəcəyik. Yəqin ki, bu bizim son müqaviləmiz olar”, – deyə o əlavə edib.