İsmayıllı rayon Sərdahar kəndi yaxınlığındakı dağlıq ərazidə baş verən yanğın avqustun 31-də söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın nəticəsində ümumilikdə təqribən, 5 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.
***
30.08.2021, 09:26
Avqustun 29-da İsmayıllı rayon Sərdahar kəndində dağlıq ərazidə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğınsöndürmə işlərinə FHN-nin yanğından mühafizə bölmələri, 1 ədəd helikopter və Ekologiya Nazirliyinin əməkdaşları cəlb olunub.
İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.