Snoop Dogg-dan sonra Lyubov Uspenskayanın İrəvandakı konserti ləğv edilib. Bu barədə 22 sentyabr tarixində İnsanoid Rusiya KİV-yə istinadən məlumat verir.
Sənətçinin konsert direktoru bildirib ki, sentyabrın 28-nə planlaşdırılan konsert qeyri-müəyyən müddətə təxirə salınıb.
O əlavə edib ki, Xankəndidə baş verən son hadisələrə görə yerli hakimiyyət bütün əyləncə tədbirlərini ləğv edib.
Xatırladaq ki, ermənipərəst mövqeyi və Azərbaycanı təhqir etməsi ilə məşhur olan rusiyalı müğənni Lyubov Uspenskayanın 2022-ci ildə Bakı konserti ləğv edilmişdi.
Qeyd edək ki, İrəvanda hökumət əleyhinə etirazlar keçirilir.