SOCAR 200 fermerə yardım edəcək

SOCAR və onun tərəfdaşları tərəfindən maliyyələşdirilən “ProFarms” layihəsi çərçivəsində Ağdaş, Ucar və Yevlax rayonlarının 20 kəndində məlumatlandırma məqsədi ilə vətəndaşlarla görüşlər təşkil olunub. Bu barədə 13 sentyabr tarixində SOCAR-ın rəsmi Facebook səhifəsində məlumat verilib.

2023-cü ilin fevral ayına kimi davam edəcək layihə Ağdaş, Ucar və Yevlax rayonlarının 20 kəndində 200 fərdi fermer təsərrüfatını əhatə edəcək.

Layihə çərçivəsində şəhid ailələri, Vətən müharibəsi qaziləri, ehtiyatda olan hərbçilər, aztəminatlı ailələr və təqaüdçülərə mikro sahibkarlığa başlamaq üçün müxtəlif növ yardımlar göstəriləcək.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “SOCAR 200 fermerə yardım edəcək”

Tövsiyə xəbərlər