TÖVSİYƏ XƏBƏRLƏR

Son beş ildə Azərbaycanda bal istehsalı 1,5 dəfə artıb

2017-ci illə müqayisədə 2021-ci ildə arı ailələrinin sayı 2,2 dəfə, bal istehsalı isə 1,5 dəfə artıb. Bu barədə İsmayıllı rayonunun İvanovka kəndində VII Azərbaycan Beynəlxalq Arıçılıq Konfransında deyilib.

Tədbirdə qeyd edilib ki, torpaqlarımızın işğaldan azad edilməsi arıçılıq sahəsində yeni perspektivlər açıb. Belə ki, pilot layihə çərçivəsində Kəlbəcər və Laçın rayonlarına 74 arıçı fermer tərəfindən 4531 arı ailəsi köçürülüb.

VII Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı yanvarın 22-də  başlayıb. İki gün davam edən tədbirdə Türkiyə, Macarıstandan, Belarus və Litvadan peşəkar arıçılar, elm və iş adamları iştirak edib.