Azərbaycanda son sutkada koronavirusa 2 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə 1 iyul tarixində İnsanoid xəbər verir.
4 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 831 947 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 652 nəfər müalicə olunaraq sağalıb, hazırda 12 aktiv xəstə var.
Son sutkada koronavirus əleyhinə 86 vaksin vurulub.