Azərbaycanda son sutkada koronavirusa 24 yeni yoluxma faktı qeydə alınıb.
37 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan üç nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 827 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 541 nəfər müalicə olunaraq sağalıb, hazırda 226 aktiv xəstə var.
Azərbaycanda son sutkada 328 nəfər vaksinasiya olunub.