Sosial şəbəkələrdə narkotik satan 20 nəfərlik dəstə həbs edilib

Sosial şəbəkələrdə narkotiklərin satışı ilə məşğul olan 20 nəfərlik dəstə həbs edilib. Bu barədə sentyabrın 21-də Daxili İşlər Nazirliyi məlumat yayıb.

Dəstə üzvlərinin yaşadıqları ünvanlardan külli miqdarda heroin, metamfetamin, psixotrop tərkibli dərmanlar, elektron tərəzilər və digər maddi sübutlar aşkar olunub. Həbs edilənlər müxtəlif şəxslərə aid 2 minə yaxın kart hesabı açıblar.

Keçirilən əməliyyat nəticəsində müəyyən edilib ki, dəstə üzvləri Instagram, Whatsapp və Facebook sosial şəbəkələrində “patı”, “şüşə” adlanan metamfetamin və “kola”, “kakos” adlanan heroinin satışını təşkil edib.

Narkoşəbəkəyə daxil olan şəxslər iki hissəyə ayrılaraq hərəkət ediblər. Birinci hissə ölkədaxili kuryerlik fəaliyyəti ilə məşğul olub. İkinci hissə əldə edilən pulların leqallaşdırılmasını təmin edib.

Dəstənin xaricdə yaşayan başçılarından bir neçəsinin şəxsiyyəti də müəyyən edilib. Onların yaşadıqları ölkələrdə məsuliyyətə cəlb edilmələri və ya Azərbaycana gətirilmələri istiqamətində tədbirlər davam edir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Sosial şəbəkələrdə narkotik satan 20 nəfərlik dəstə həbs edilib”

Tövsiyə xəbərlər