Sosial şəbəkələrdə vətəndaşları “ucuz qiymətə mobil telefon” adı altında kiber üsullarla talayan şəxs saxlanılıb. Bu barədə 28 sentyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Sosial şəbəkələrdə “n.n_telekom” adlı səhifə yaradaraq “ucuz qiymətə mobil telefonlar” başlığı adı altında sosial şəbəkələrdə yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşları aldadan 2000-ci il təvəllüdlü Telman Heydərov saxlanılıb.
Saxlanılan şəxs vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirib. Sonradan T.Heydərov izi itirmək məqsədi ilə “ucuz qiymətə mobil telefon” almaq üçün ona pul köçürən şəxslərin hesablarını bloklayıb. Həmin şəxs sonradan vəsaitləri şəxsi hesablarına köçürərək nağdlaşdırıb. Araşdırmalar davam etdirilir.
“Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət edə bilərlər” – deyə məlumatda qeyd olunub.