TÖVSİYƏ XƏBƏRLƏR

Sosial Xidmətlər Agentliyi: Oğuzda vətəndaş qəbulu keçiriləcək

Oktyabrın 7-də Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Oğuz rayonunda vətəndaş qəbulu keçirəcək. Bu barədə Sosial Xidmətlər Agentliyi məlumat verib.

Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil ilə təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat, şəhid ailə üzvünün vəsiqəsi ilə təmin edilmə və s. mövzularda müraciətlər cavablandırılacaq.

Müraciət etmək istəyən vətəndaşlar oktyabrın 5-dək (012) 525-41-30 (daxili 5614, 5043) telefon nömrəsinə zəng edərək, [email protected] elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx