Dekabrın 5-də Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Daşkəsən rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə noyabrın 24-də Agentlikdən bildirilib.
Qəbulda Daşkəsən rayonunun sakinləri iştirak edəcəklər.
Qəbul zamanı imtiyazlı şəxslərin mənzil təminatı, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat mövzularında müraciətlər cavablandırılacaq.
Müraciət etmək istəyən vətəndaşlar dekabrın 3-dək (012) 525-41-30 (daxili 5614, 5043) telefon nömrəsinə zəng edərək, [email protected] elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.