Şri-Lankadakı həmvətənlərimiz tısbağalar üçün olan “Kosgoda Sea Turtle Conservation” adlı sığınacaqda “Qarabağ – Azərbaycandır” lövhəsi asdırıblar.
Bu barədə 8 noyabr tarixində İnsanoid MOST Agentliyinin sahibi Sausan Cəfərovaya istinadən məlumat verir.
“Bentota (Şri-Lanka) şəhərindəki tısbağa sığınacağına gələndə bizə dedilər ki, ianə etsək, şərəfimizə adımız yazılmış lövhə asılacaq və bu sığınacağa gələn bütün turistlər lövhədə bizim adımızı görəcəklər. Biz “Qarabağ” sözünü yazdırmağa qərar verdik ki, sığınacağa gələn hər bir əcnəbi Qarabağın Azərbaycanın olduğunu bilsin”, – deyə xanım bildirib.
View this post on Instagram