“SpaceX” şirkətinə məxsus “Starlink” peyk xidmətləri Azərbaycan ərazisində bu ilin IV rübündə – oktyabr-dekabr aylarında aktivləşəcək. Bu barədə Report 18 may tarixində xəbər verib.
Bu il oktyabrın 2-6-da Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi planlaşdırılır.
“Starlink” hələlik xidmətinin və avadanlıqlarının qiymətlərini açıqlamasa da, depozit məbləğini müəyyən edib. Belə ki, peyk xidmətlərindən istifadə etmək istəyənlər öncədən sifariş vermək üçün 9 ABŞ dolları (15,3 manat) ödəməli olacaqlar. Müştəri fikrini dəyişdiyi zaman “SpaceX” həmin məbləği geri qaytaracaq.
Qonşu ölkələrə gəlincə “Starlink” Gürcüstanda bu ilin II rübündə aktiv olacaq. Ermənistan və Türkiyədə isə xidmətə qoşulmaq 2024-cü ildən mümkün olacaq. Rusiya və İran adıçəkilən qurumun fəaliyyət planlarına daxil deyil.