Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bu barədə 15 sentyabr tarixində Agentlik məlumat verib.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 58-ə çatıb.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, həmçinin ətraflı məlumatla linkdən tanış olmaq olar.