TÖVSİYƏ XƏBƏRLƏR

İstehlaka yararsız 7 tondan çox un və un məmulatları məhv edilib

İstehlaka yararsız və istifadə müddəti bitmiş 7070 kiloqramdan çox un və un məmulatları, dənli paxlalı bitkilər, şəkər və digər məhsullar məhv edilib. Bu barədə 18 fevral tarixində Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.

Məlumatda bildirilib ki, yararsız məhsulların məhv edilməsi “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda həyata keçirilib.