Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir. Bu haqda avqustun 24-də APA xəbər yayıb.
Uzunluğu 39,7 kilometr təşkil edən yolun 20 kilometrlik hissəsinə asfalt-beton örtüyü döşənib, 9 kilometrə yaxın hissəsində isə yol yatağı tikilib. Ərazidə, həmçinin altı avtomobil körpüsü inşa edilir.
Tikinti işlərinin 2023-cü il ərzində yekunlaşdırılması gözlənilir.
Şükürbəyli-Cəbrayıl-Hadrut yolu Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının 20-yə yaxın yaşayış məntəqəsini birləşdirir.