TÖVSİYƏ XƏBƏRLƏR

Sumqayıt: 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışı olub

Bu gün Prezident İlham Əliyev 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib. Bu barədə 23 oktyabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

150 çarpayılıq xəstəxananın bina və qurğuları 6,1 hektar sahədə inşa edilib.

Xəstəxana poliklinika, təcili tibbi yardım, 30 çarpayılıq terapiya, 30 çarpayılıq cərrahiyyə, şüa diaqnostika, hemodializ, oftolmologiya, endokrinoloji terapiya, endokrinoloji cərrahiyyə, nevrologiya, 10 çarpayılıq əməliyyat bloku, reanimasiya və sair şöbələrdən, həmçinin laboratoriyadan, digər tikili və qurğulardan ibarətdir.

Müalicə ocağı müasir tələblərə cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal teleskopik rentgen cihazı, rəqəmsal DR rentgen qurğusu, oftalmoloji müayinə üçün mikroskop, oftalmoloji cərrahi əməliyyatlar üçün PHACO AMO cihazı və iki ədəd rəqəmsal stasionar ultrasəs müayinə cihazı ilə təchiz olunub.