Sumqayıt Dövlət Universitetinin 37 yaşlı müəllimi Samin Qocayev vəfat edib. Bu barədə 22 sentyabr tarixində Report məlumat verib.
O, bu gün səhər saatlarında qəfil ürəktutmadan dünyasını dəyişib.
Mərhum 2014-cü ildən universitetdə Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa tarixi kafedrasında baş müəllim vəzifəsində çalışırdı.