“Sumqayıt” klubu məşqçisi Emil Babayevlə vidalaşıb. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 31 may tarixində xəbər verir.
“Gənclik şəhəri” təmsilçisinin sosial şəbəkədə etdiyi paylaşıma əsasən, qapıçılar üzrə məşqçinin müqavilə müddəti başa çatıb.
Rəhbərlik 42 yaşlı mütəxəssislə yeni sözləşmə imzalamamaq qərarına gəlib.