Sumqayıt şəhər sakininin üzərindən silah-sursat aşkarlanıb. Bu barədə Report 21 noyabr tarixində xəbər verir.
Polis əməkdaşları 30 yaşlı Sumqayıt şəhər sakini Rəmzi Əliyevin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin avtomata məxsus 1 ədəd sandıq və 10 ədəd güllə aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.