Sumqayıt Qaz İstismar İdarəsinin rəisi Vəli Sadıqov vəzifəsindən azad olunub. Bu barədə 9 sentyabr tarixində Report məlumat verib.
O, Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi təyin edilib.
V.Sadıqovun yerinə isə Zaqatala Regional Qaz İstismar İdarəsinin rəisi Sübhi Bayramov təyinat alıb.
Məlumatı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev təsdiqləyib.