Sumqayıt şəhərində 14 yaşlı yeniyetmə itkin düşüb. Bu barədə 17 noyabr tarixində Report məlumat verib.
Belə ki, Sumqayıt şəhər sakini 2009-cu il təvəllüdlü Məmmədli Harun Elgün oğlu 8-ci mikrorayonda yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı polisə məlumat verilib.