TÖVSİYƏ XƏBƏRLƏR

Sumqayıtda 22 yaşlı gənci öldürən şəxs saxlanılıb

Avqustun 27-si saat 13:00 radələrində Sumqayıtda 22 yaşlı gənc həmyaşıdı tərəfindən öldürülüb. Bu barədə Baş Prokurorluq məlumat verib.

Saxlanılan sakin aralarında yaranmış mübahisə zamanı tanışını bıçaqla yaralayaraq qətlə yetirib. Sözügedən şəxslər bir-birinə yaxın yerləşən avtoyuma məntəqələrində işləyiblər. Ehtimal edilir ki, hadisə pul üstündə baş verib.

Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi açılıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx