Sumqayıt şəhərində 31 yaşlı şəxs qardaşlar tərəfindən bıçaqlanıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 31 oktyabr tarixində xəbər verir.
Hadisə şəhərin 40-cı məhəlləsində qeydə alınıb.
31 yaşlı Sumqayıt şəhər sakini Elməddin Ağayev aralarında baş vermiş münaqişə zəminində Yardımlı rayon sakinləri – 30 yaşlı Xəyyam və 25 yaşlı İsrail Rəsulov qardaşları tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.