Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
Noyabrın 30-da saat 10:00 radələrində Sumqayıt şəhərinin Bağlar sahəsində 46 yaşlı Aydın Həsənovun bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən A.Həsənovun Sumqayıt şəhər sakini, spirtli içki aludəçisi, 47 yaşlı Anastasiya Həmzəyeva tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
O, saxlanılaraq istintaqa təhvil verilib.