TÖVSİYƏ XƏBƏRLƏR

Sumqayıtda baş verən qəza ata və oğulun ölümünə səbəb olub

Sumqayıtda qəza ölümlə nəticələnib. Bu barədə APA 18 noyabr tarixində xəbər verib.

Bu gün saat 06:50 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 20-ci kilometrliyində “Mercedes” markalı, 99-FK-216 dövlət qeydiyyat nişanlı avtomobilin təkəri sıradan çıxdığı üçün sürücü nəqliyyat vasitəsini hərəkətdə olduğu ən sol zolaqda saxlayıb və zəruri təhlükəsizlik tədbirləri görmədən sərnişini ilə birgə nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman arxadan eyni zolaqda yüksək sürətlə hərəkət edən “Honda” markalı, 77-GF-549 dövlət qeydiyyat nişanlı avtomobil nasaz nəqliyyat vasitəsilə toqquşub ki, nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişini hadisə yerində həyatlarını itiriblər.

Qəzada ölənlərin nasaz olan maşının təkərini düzətmək istəyən 54 yaşlı Azad Bayramov və onun oğlu – 33 yaşlı Anar Bayramov olduğu məlum olub.

Fakt araşdırılır.

Bakı-Sumqayıt qəza
Foto APA.az saytı