Sumqayıt təmsilçisi də 3 futbolçusu ilə vidalaşıb. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 5 iyun tarixində xəbər verib.
“Gənclik şəhəri” təmsilçisi bu dəfə də yerli futbolçularla vidalaşıb.
Bunlar yarımmüdafiəçilər Rüfət Abdullazadə və Süleyman Əhmədovdur. Sonuncu oyunçu sosial şəbəkə vasitəsilə də klubla vidalaşıb.
“Sumqayıt”ın qapıçısı Aydın Bayramov da “Turan Tovuz”la anlaşıb.