Sumqayıtda oğurluq hadisəsi baş verib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 3 fevral tarixində məlumat verir.
Şəhər ərazisində yerləşən mənzillərin birindən 15 000 ABŞ dolları və qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlinin ev sahibinin oğlunun törətməsinə əsaslı şübhələr müəyyən olunub və o saxlanılıb.
Araşdırma aparılır.