Sumqayıtda avtomobillər toqquşub. Bu barədə 31 may tarixində APA məlumat verib.
Belə ki, 1995-ci il təvəllüdlü Əli Məmmədovun idarə etdiyi “Ford Transit” markalı avtomobillə, 1959-cu il təvəllüdlü Tofiq Kərimovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub.
Nəticədə Tofiq Kərimov xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin o, dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.