TÖVSİYƏ XƏBƏRLƏR

Sumqayıtda keramik plitələr istehsalı müəssisəsinin açılışı olub

Bu gün Sumqayıtda “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışı olub. Bu barədə 23 oktyabr tarixində Report məlumat verib.

Prezident İlham Əliyev müəssisənin açılışında iştirak edib.

Məlumat verilib ki, sənaye parkının 20 hektardan çox ərazisində Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə keramik plitələrin istehsalı həyata keçiriləcək. 100% Çin kapitallı müəssisəyə 50 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb və 484 nəfər işlə təmin olunub. İllik istehsal gücü 18 milyon kvadratmetr olan müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, region və MDB ölkələrinə ixrac olunacaq.

“Vanhong Ceramics”in hazırda Çində 5 zavodu var, həmçinin dünyanın 5 ölkəsində müəssisələri fəaliyyət göstərir.