Sumqayıtda özəl klinikalardan birində ölüm faktı baş verib. Bu barədə APA 2 noyabr tarixində xəbər verib.
37 yaşlı Elbrus Hüseynov Sumqayıtdakı “Doktor AZ” klinikasında antibiotik iynəsi vurulduqdan sonra ölüb.
Klinikadan bildirilib ki, xəstəyə antibiotik nümunəsi (probu) qoyulub və bu zaman anafilaktik şok halı baş verib. Vəziyyəti ağırlaşan E. Hüseynov orada ölüb.
Prokurorluq ölüm faktını araşdırır.