Sumqayıtda “Nəsimi” parkı ərazisində qanunsuz tikintinin qarşısı alınıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 3 iyun tarixində xəbər verib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri Sumqayıt şəhərində yerləşən “Nəsimi” parkı ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktını aşkar ediblər.
Dövlət Agentliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və tikilməkdə olan obyekt sökülüb.